Mərkəzi Bank 2 sığorta şirkəti barədə qərar verdi - Detallar

14:28 - 14.07.2025


14 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı “Paşa Sığorta” ASC və “İpək Yolu Sığorta” ASC-yə icrası məcburi sərəncam verib.

ABC.AZ xəbər verir ki, AMB tərəfindən “Paşa Sığorta” ASC və “İpək Yolu Sığorta” ASC-də aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması ilə əlaqədar olaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən, hər iki sığortaçıya icrası məcburi sərəncam verilib.