11:28 - 14.07.2025
14 iyul, Fineko/abc.az. Səudiyyə şirkətləri ümumi gücü 15 giqavat olan təmiz enerji layihələrinin hazırlanması haqqında müqavilələr imzalayıb.
ABC.AZ xəbər verir ki, bu barədə Al Arabiya telekanalı məlumat verib.
Bazar günü Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman ümumi gücü 15 giqavat olan təmiz enerji layihələri ilə istehsal olunan elektrik enerjisinin alınmasına dair müqavilələrin bağlanması mərasimində iştirak edib.
Bu müqavilələr beş günəş elektrik stansiyasını və külək enerjisindən istifadə edən iki layihəni əhatə edir.
10 Avqust 2026
10 Avqust 2026