Xocalının iki kəndinə köç olacaq

11:06 - 14.07.2025


14 iyul, Fineko/abc.az. Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə ilk köç olacaq.

Sakinlər iyulun 24-də doğma yurdlarına yola salınacaqlar.

Həm Təzəbinə, həm də Xanyurdu kəndləri işğaldan azad edildikdən sonra yenidən qurulub.

Hər iki yaşayış məntəqəsində evlər, məktəb, uşaq bağçası, sosial müəssisələr əsaslı təmir olunub, lazımi infrastruktur yaradılıb, təmizlik və digər abadlıq işləri görülüb.