11:34 - 11.07.2025
11 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 57 milyon 566 min 140 ABŞ dolları təşkil edib.
ABC.AZ Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 5 milyon 814 min 130 dollarını və ya 10,1 faizini ixrac olunmuş məhsulların, 51 milyon 752 min 10 dollarını və ya 89,9 faizini isə idxal məhsullarının dəyəri təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 12,6 faiz, o cümlədən idxal 15,0 faiz azalıb, ixrac isə 16,0 faiz artıb.
18 Avqust 2026