Mərkəzi Bank “AtaSığorta” ASC-yə məcburi göstəriş verib

16:50 - 10.07.2025


10 iyul, Fineko/abc.az. Mərkəzi Bank (AMB) tərəfindən “AtaSığorta” ASC-də aparılan monitorinq zamanı aşkar edilən kibertəhlükəsizlik tələblərinin pozulması ilə əlaqədar olaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən, “AtaSığorta” ASC-yə icrası məcburi göstəriş verilib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, AMB tərəfindən aparılan araşdırmalar zamanı isə fiziki şəxs sığorta agenti Alıyev Habil Cəfər oğlu tərəfindən sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı təqdim olunan rüblük hesabatı yanlış təqdim etməsi ilə əlaqədar olaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən Alıyev Habil Cəfər oğluna icrası məcburi göstəriş verilib.