Ağ Ev NASA-nın 5 000-dən çox əməkdaşını işdən çıxaracaq

10:59 - 10.07.2025


10 iyul, Fineko/abc.az. Ağ Ev NASA-nın maliyyəsini 25% azaldacaq və 5 000-dən çox işçini ixtisar edəcək.

ABC.AZ xəbər verir ki, işçilərin təxminən yarısı yaxın vaxtlarda işdən çıxacaq. Agentlik 1960-cı illərin əvvəllərindən bəri minimum büdcə və minimum ştatla işləməli olacaq.