14:45 - 9.07.2025
9 iyul, Fineko/abc.az. ABŞ-ın mis idxalına 50 faizlik gömrük rüsumu tətbiq etməsi barədə xəbərlər fonunda Nyu-Yorkun “Comex” birjasında bu metalın fyuçersləri 13 faiz bahalaşaraq 1969-cu ildən bəri ən yüksək səviyyəyə çatıb.
ABC.AZ xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, ticarət sessiyasının sonunda misin qiyməti yeni tarixi maksimuma – funtu 5,69 dollara yüksəlib.
ABŞ Prezidenti Donald Tramp kabinetinin iclasında mis idxalına 50 faizlik rüsumun tətbiqinin məntiqli olduğunu deyib. Daha sonra Birləşmiş Ştatların ticarət naziri Hovard Latnik CNBC telekanalına müsahibəsində tarifin cari ayın sonlarında və ya avqustun əvvəlində qüvvəyə minəcəyini bildirib.
Qeyd edək ki, Çili ABŞ-a ən böyük mis tədarükçüsüdür. Birləşmiş Ştatlara ümumi idxalın təxminən 70 faizi bu ölkənin payına düşür. Həmçinin Kanada və Perudan ABŞ-a böyük həcmdə mis idxal olunur.
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
10 Sentyabr 2026
10 Sentyabr 2026
10 Sentyabr 2026