10:49 - 9.07.2025
9 iyul, Fineko/abc.az. 2025-ci ilin iyulun 1-nə İpoteka və Kredit Zəmanət Fondunun aktivlərinin həcmi 4.2 milyard manat olub.
ABC.AZ xəbər verir ki, bunu Fondun baş meneceri Rasim Abdullayev media nümayəndələri ilə görüşdə bildirib.
O qeyd edib ki, sözügedən dövrə Fonduh məcmu kapitalı isə 1.28 milyard manat təşkil edib:
"Fond fəaliyyət dövrü ərzində (2005-ci ildən) bütün illəri mənfəətlə başa vurub, bu günə cəmi mənfəəti 172.1 milyon manat təşkil edib. Dövriyyədə olan istiqrazların həcmi 2 milyard 382 milyon manatdır. 2009-cu ildən bu günə qədər 982.6 milyon manatdan çox istiqrazlar üzrə öhdəliklər yerinə yetirilib, Fond tərəfindən istiqraz sahiblərinə 312.8 milyon manat məbləğində faiz ödənişləri həyata keçirilib”.
Müəllif: Elmir Murad
30 İyul 2026
29 İyul 2026