17:29 - 8.07.2025
8 iyul, Fineko/abc.az. Azərbaycanda texniki reqlamentlərin hazırlanması, ekspertizası, qəbulu, dəyişdirilməsi və beynəlxalq texniki reqlamentlərin tanınması ilə bağlı prosedurlar yenidən müəyyənləşdirilib.
ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Texniki reqlamentlərin hazırlanması, ekspertizası, qəbulu, onlarda dəyişikliklər edilməsi Qaydaları"nda öz əksini tapıb.
Sənədə əsasən, texniki reqlamentlər yalnız malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə məcburi tələblər müəyyən edir. Malların dizaynı və xarici görünüşü istisna olmaqla, texniki reqlamentlər istehsal, terminologiya, simvol, qablaşdırma, etiketləmə, istifadə, saxlanma, daşınma, satış, məhvetmə və utilizasiya qaydalarına dair məcburi tələbləri əhatə edə bilər.
Texniki reqlament layihələrinin hazırlanmasını Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi təşkil edir. Layihələr ya Agentliyin təşəbbüsü ilə, ya da aidiyyəti dövlət qurumlarının, hüquqi və fiziki şəxslərin təklifləri əsasında hazırlanır.
Layihənin hazırlanması üçün maksimal müddət 4 ay olaraq müəyyən edilib. Hazırlanan layihə ilkin baxışdan sonra aidiyyəti dövlət qurumları ilə razılaşdırılır, ictimai müzakirəyə çıxarılır və ictimai rəylər toplanır. Rəylər təhlil edildikdən sonra yekun layihə ekspertizaya təqdim olunur.
Ekspertiza müddəti 30 iş günü təşkil edir. Layihədə uyğunsuzluq aşkarlanarsa, düzəlişlər üçün geri qaytarılır. Ekspertizadan keçmiş və razılaşdırılmış layihə Nazirlər Kabinetinə təqdim olunur. Texniki reqlamentlərin qəbulunu Nazirlər Kabineti həyata keçirir.
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
10 Sentyabr 2026
10 Sentyabr 2026
10 Sentyabr 2026