Qlobal elektron poçt sistemində boşluqlar aşkar edilib

11:44 - 8.07.2025


8 iyul, Fineko/abc.az. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “GFI KerioConnect” qlobal elektron poçt sistemində istifadəçi interfeysi və sənəd emalı funksionallıqlarına uzaqdan müdaxiləyə imkan verən üç boşluq – CVE-2025-2975, CVE-2025-2976 və CVE-2025-2977 – aşkar edib.

ABC.AZ xəbər verir ki, aşkar edilmiş boşluqlar rəsmi olaraq təsdiqlənib, ABŞ-ın Milli Standartlar və Texnologiya İnstitutu (nist.gov) onları eyni adlı (CVE-2025-2975, CVE-2025-2976 və CVE-2025-2977) identifikasiya kodları ilə Milli Zəifliklər Verilənlər Bazasında (NVD) qeydiyyata alıb.

Sözügüdən boşluqlar barədə qlobal elektron poçt xidmətinin təminatçısı, ABŞ-ın Texas ştatında yerləşən proqram təminatı şirkəti GFI Software məlumatlandırılıb.

https://nvd.nist.gov/vuln/detail/CVE-2025-2975

https://nvd.nist.gov/vuln/detail/CVE-2025-2976

https://nvd.nist.gov/vuln/detail/CVE-2025-2977