12:22 - 7.07.2025
7 iyul, Fineko/abc.az. Səudiyyə Ərəbistanı avqust ayında Asiya və Avropa alıcıları üçün neftin qiymətini artıracaq.
ABC.AZ xəbər verir ki, bu barədə “Saudi Aramco” dövlət şirkəti məlumat verib.
Asiya bazarı üçün nəzərdə tutulmuş əsas ixrac növü olan “Arab Light” markası, dörd aylıq zirvəyə çataraq $1/barel bahalaşacaq.
Onun qiyməti Oman/Dubay neft səbətinin dəyərini $2,2 üstələyəcək.
Şimal-Qərbi Avropa və Aralıq dənizi ölkələri üçün bütün neft növlərinin qiyməti $1,4/barel artacaq.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026