Azərbaycanda internet sürətinə görə qonşu ölkələrdən hələ də geridə qalır

11:07 - 7.07.2025


7 iyul, Fineko/abc.az. Azərbaycanda internet sürəti son illərdə nisbətən yaxşılaşıb, xüsusən də Bakı və iri şəhərlərdə fiber-optik bağlantılar artıb.

Amma qonşu ölkələrlə müqayisədə hələ də geridə qalan sahələr var.

Məsələn, orta internet sürətləri Rusiyada      35-50 Mbps      90-150 Mbps,

Gürcüstanda            30-45 Mbps      70-120 Mbps,

Azərbaycanda 25-35 Mbps  50-80 Mbps,

Ermənistanda           20-30 Mbps      40-70 Mbps,

İranda isə    10-15 Mbps      20-40 Mbps-dır.

Azərbaycanda vəziyyət necədir?

ABC.AZ xəbər verir ki, sürət Bakı və böyük şəhərlərdə (məsələn, Sumqayıt, Gəncə) normaldır, 50-100 Mbps arası dəyişir.

Rayonlarda hələ də köhnə ADSL və zəif infrastruktur səbəbindən sürətlər aşağı olur (10-30 Mbps).

Mobil internetdə 4G şəbəkəsi ölkə üzrə geniş yayılıb, amma stabillik bəzən zəifdir.

Nə üçün Azərbaycanda sürət bəzi qonşulardan geri qalır?

Rəqabətin zəifliyi, provayder sayının azlığı. Bütün bunlar da keyfiyyətə təsir edən amillərdir. İnfrastruktur problemləri: Rayonlarda fiber-optik çəkilişi hələ də tam həyata keçirilməyib.

Beləliklə, Azərbaycanda internetin sürəti Rusiya və Gürcüstandan geri qalır.

Ermənistanla isə təxminən eyni səviyyədədir.

Müəllif: Elmir Murad