10:39 - 7.07.2025
7 iyul, Fineko/abc.az. Dövlət Vergi Xidməti "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-ni 20 min manat nizamnamə kapitalı ilə yenidən dövlət qeydiyyatına alıb.
ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu şirkət "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tabeliyinə verilmiş, 15 990 manat nizamnamə kapitalına malik "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin hüquqi varisidir.
Onun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, 140, qanuni təmsilçisi isə əvvəlcədən deyildiyi kimi Eldar Adil oğlu Salahovdur.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026