"Bitcoin" aldığını unudan şəxs xəbəri olmadan varlandı

10:31 - 7.07.2025


7 iyul, Fineko/abc.az. Kriptovalyuta dünyasında maraqlı bir hadisə baş verib.

ABC.AZ xəbər verir ki, bu barədə The Block portalı məlumat yayıb.

Sözügedən portalda qeyd edilib ki, 14 ildən çox müddətdir aktiv olmayan iki bitkoin pulqabısı (cüzdan) gözlənilmədən yenidən aktivləşib.

Hər bir pulqabıda 10 min bitkoin olub. Bu bitkoinlər kriptovalyutanın ilk illərində, qiyməti çox aşağı ikən alınıb. İllər ərzində bitkoinin dəyəri sürətlə artdığı üçün hər bir cüzdandakı məbləğ indi 1,1 milyard dollar dəyərindədir. Ümumi məbləğ isə 2,2 milyard dolları keçib.

Cüzdanların sahibi kimdir və nə üçün bu qədər uzun müddətdən sonra bitkoinlərini hərəkətə gətirib – bu barədə heç bir məlumat yoxdur.