Ekspert: Bakı ilə Moskva arasında iqtisadi münaqişədə tərəflər həll yolunu tapacaqlar

18:52 - 4.07.2025


4 iyul, Fineko/abc.az. Azərbaycan Rusiya ilə bir sıra iqtisadi sazişlər üzrə danışıqları dayandırıb ki, bu da Rusiyanın ölkənin ən böyük ticarət tərəfdaşlarından biri olduğunu nəzərə alaraq ciddi iqtisadi nəticələrə səbəb ola bilər.

ABC.AZ xəbər verir ki, bunu rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz ölkələrinin Problemləri üzrə ekspert Stanislav Tarasov Rusiya-Azərbaycan münasibətlərinin soyumasının səbəblərini təhlil edərkən bildirib. 

"Rusiya Azərbaycana buğda və digər dənli bitkilər, günəbaxan yağı, maşınlar, qara və əlvan metallar, avadanlıqlar, nəqliyyat vasitələri, taxta, sellüloz-kağız məmulatları ixrac edir. 2024-cü ildə Rusiyadan Azərbaycana ixrac 3,6 milyard dollara (+15%) qədər artıb. Eyni zamanda, Azərbaycanın Rusiyaya ixracı 1,5% azalıb. Azərbaycan Rusiya ərazisindən Bakı — Novorossiysk neft kəməri ilə Avropa istiqamətində neft ixrac edir. Ticarət dövriyyəsindən başqa, Azərbaycan turizmdən gəlir əldə edir: 2023-cü ildə ölkəyə 730 min rusiyalı (ümumi turistlərin sayının 28%-i) səfər edib. Ancaq siyasi qarşıdurma fonunda səyahət tələbi 40% azalıb".
Ekspert hesab edir ki, tərəflər vəziyyəti iqtisadi əlaqələrin kəsilməsinə çatdırmayacaq və siyasi-diplomatik nizamlanmaya üstünlük verəcəklər.
"Bizə Azərbaycan, İran vasitəsilə şərqə getməyə icazə vermirlər. Bunu kimin etdiyi aydındır — burada İngiltərənin əli görünür", — deyə politoloq yekunlaşdırıb.