15:22 - 4.07.2025
4 iyul, Fineko/abc.az. “Azərenerji” ASC-yə məxsus “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC 2024-cü ili 4,196 milyon manat xalis zərərlə başa vurub.
ABC.AZ şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 81 % çoxdur.
Ötən il “Azərbaycan İstilik Elektrik Stansiyası”nın elektrik enerjisi satışından gəlirləri 214,601 milyon manat (əvvəlki ilə nisbətən 10,5 % az), yanacaq xərcləri 148,536 milyon manat (15,3 % az), köhnəlmə xərcləri 47,241 milyon manat (1 % çox), təmir və texniki xidmət xərcləri 4,629 milyon manat (28,7 % çox), işçi heyətinin saxlanılması xərcləri 8,621 milyon manat (12,7 % çox), xammal və material xərcləri 816 min manat (44,8 % az), digər xərcləri 4,36 milyon manat (65,5 % çox), mənfəət vergisi ödəmələri 1,002 milyon manat (35,6 % az), digər vergi ödəmələri 3,592 milyon manat (11,9 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Azərbaycan İstilik Elektrik Stansiyası"nın aktivləri 779,003 milyon manat olub ki, bu da illik müqayisədə 10,5 % çoxdur. Hesabat dövründə Stansiyanın öhdəlikləri 34,2 % artaraq 307,692 milyon manata çatıb, balans kapitalı isə 0,9 % azalaraqq 477,609 milyon manata düşüb.
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026