10:20 - 4.07.2025
4 iyul, Fineko/abc.az. Rusiyanın beynəlxalq ehtiyatları yeni tarixi maksimuma çatıb.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.
İyunun 27-nə onların həcmi 687.7 milyard dollar təşkil edib ki, bu da 687.2 milyard dollar olan iyunun 20-nə olan göstəricidən 0.5 milyard dollar çoxdur.
Həftə ərzində ehtiyatların artımı 0.1% təşkil edib. Əvvəlki rekord 2025-ci il mayın 9-da qeydə alınıb, o zaman bu rəqəm 687.3 milyard dollara çatıb. Bütün 2024-cü il ərzində Rusiyanın beynəlxalq ehtiyatları 1.8% artıb və bu ilin yanvarın 1-nə 609.1 milyard dollar təşkil edib.
Beynəlxalq ehtiyatlar Rusiya Mərkəzi Bankı və ölkə hökuməti üçün əlçatan olan likvidli xarici aktivlərdir. Ehtiyatlara monetar qızıl, xarici valyutada olan vəsaitlər, o cümlədən digər ehtiyat aktivlər daxildir.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026