Prezident Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb

17:31 - 3.07.2025


3 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev iyulun 3-də Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb.

ABC.AZ xəbər verir ki, dövlət başçısına kanat yolunun texniki göstəriciləri barədə məlumat verilib.

Bildirilib ki, Xankəndi-Şuşa kanat yolunun uzunluğu 6 min metrə yaxın olacaq. Kanat yolunun Xankəndidə hündürlüyü 844 metr, Şuşada isə 1317 metr təşkil edəcək. Kanat yolunda hərəkətin müddəti 13 dəqiqəyədək, sürəti isə saniyədə 8 metr nəzərdə tutulur.

Qeyd edək ki, bu layihənin icrası ümumilikdə turizmin inkişafına təkan verməklə yanaşı, Xankəndidən Şuşaya və əks istiqamətə insanların rahat gediş-gəlişinin təmin olunmasıda mühüm rol oynayacaq.