15:31 - 3.07.2025
3 iyul, Fineko/abc.az. Bu ilin I yarısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 7 milyon 455 min 124 elektron məktubu emal edib.
ABC.AZ xəbər verir ki, XRİTDX-in məlumatları əsasında aparılan hesablamalara əsasən, onlardan 6 milyon 103 min 281-i istifadəçilərə çatdırılıb, 1 milyon 351 min 843-ü isə zərərli tərkibli olduğu üçün bloklanıb.
Təkcə II rübdə 643 min 971 zərərli tərkibli məktub bloklanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur.
Xatırladaq ki, 2024-cü ildə dövlət elektron poçt xidmətinə 30 milyon 255 min 757 məktub daxil olub, onlardan 28 milyon 142 min 767-si istifadəçilərə çatdırılıb, 2 milyon 112 min 990-nı zərərli tərkibli olduğu üçün blok edilib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026