Türkiyə 100 istedadlı alimi ölkəyə qaytarmağı planlaşdırır

18:07 - 2.07.2025


2 iyul, Fineko/abc.az. Türkiyənin elmi-texniki Tədqiqatlar Şurası (TÜBİTAK) xaricə mühacirət etmiş ixtisaslı tədqiqatçılara 3980 avro məbləğində aylıq ödəniş təklif edib.

ABC.AZ xəbər verir ki, bu barədə iyunun 30-da Hasretgazetesi.com. məlumat verib.

Geri qayıdan alimlərə 600 avro məbləğində ailə müavinəti, tədqiqat, təhsil və əməkdaşlıq üçün 1000 avro, təhsil dəstəyi kimi 250 avro, qəbul edən təşkilata 130 avro məbləğində ödəniş və turizm dəstəyi üçün 50 avro təklif olunur.

Bu təşəbbüs türk alimlərinin geri qaytarılmasına, həmçinin xarici alimlərin Türkiyəyə cəlb edilməsinə yönəlib. Hakimiyyət bu addımları təcrübəli tədqiqatçıların mübadiləsi üzrə Beynəlxalq proqram (CoCirculation  3) çərçivəsində həyata keçirir.