15:16 - 1.07.2025
1 iyul, Fineko/abc.az. Səudiyyə Ərəbistanın “Aramco” və “Abu Dhabi National Oil Company” (ADNOC) şirkətləri qlobal neft qiymətlərinin düşməsi səbəbindən qlobal sövdələşmələrin sayını azaldıb.
ABC.AZ xəbər verir ki, şirkətlər neft satışından gələcək gəlirləri qiymətləndirmək üçün investisiya layihələrini dayandırıblar. Enerji sahəsindəki bankirlərdən biri “Saudi Aramco” və “ADNOC” un "dividendlərə daha çox, genişlənməyə daha az diqqət yetirmək" niyyətində olduqlarını qeyd edib.
Başqa bir mənbəyə görə, şirkətlər qaz sahəsində əməliyyatları azaldacaq, lakin tamamilə dayanmayacaqlar. Son üç ildə Fars körfəzi neft korporasiyaları qaz, kimyəvi və sürtkü yağları istehsal etmək imkanlarının inkişafına 60 milyard dollardan çox sərmayə qoyublar.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026