12:09 - 1.07.2025
1 iyul, Fineko/abc.az. Türkiyə hakimiyyəti iyulun 1-dən Boğaziçi və Çanaqqala boğazlarından keçidin qiymətini ənənəvi illik təftiş çərçivəsində 15% artırıb.
ABC.AZ xəbər verir ki, daha əvvəl nəqliyyat naziri Abdülkadir Uraloğlu ödənişlərin artdığını bildirib. O xatırladıb ki, "1 iyul 2025-ci il tarixindən etibarən ödənişlər əvvəlki ilin normalarına nisbətən 15% artacaq və ton başına 5,83 dollar təşkil edəcək".
Respublika səlahiyyətlilərinin qeyd etdiyi kimi, yığımların artırılması, boğazlardan keçən dəniz trafikinın artması, bununla bağlı risklərin və sahil xidmətləri ilə infrastruktur üzərində yaranan əlavə yüklərin artması ilə əlaqədardır. Əhəmiyyətli dərəcədə tutulan ödəniş sahil xidmətlərinin, xilasedicilərin, həkimlərin işini maliyyələşdirməyə və qəzaların nəticələrini aradan qaldırmağa yönəldiləcək.
8 Avqust 2026
8 Avqust 2026