17:35 - 30.06.2025
30 iyun Fineko/abc.az. 2025-ci ilin yanvar-may aylarında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (121,3 milyon ABŞ dolları) birinci olub.
ABC.AZ xəbər verir ki, bu siyahıda pomidor (tomat) (113.8 milyon ABŞ dolları) ikinci, pambıq (88,8 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin may ayında isə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pomidor (tomat) (39,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq (27.2 milyon ABŞ dolları) ikinci, qızıl (25,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
18 Avqust 2026