11:15 - 23.06.2025
23 İyun, Fineko/abc.az. “Effektiv kredit məlumatlarının toplanması, təhlili və saxlanılması istənilən ölkənin maliyyə sabitliyi, risklərin idarəolunmasında həlledici rol oynayır”.
ABC.AZ xəbər verir ki, bunu Birinci Beynəlxalq Kredit Konfransının açılış mərasimində Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.
O bildirib ki, Dünya Bankının beynəlxalq institutların kredit məlumatlarının mövcudluğu və keyfiyyətinin qlobal biznes reytinq hesabatlarında əsas göstərici kimi qəbul etməsi təsadüfi deyil:
“Azərbaycanda Kredit Bürosunun yaradılması və inkişafı zamanın çağırışı idi. Kredit reyestrində mövcud olan kredit məlumatları tarixçəsi Azərbaycan bankları qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bu məqsədlə 2018-ci ildə Azərbaycan banklarının birgə səyi nəticəsində və Mərkəzi Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə Azərbaycanda ilk kredit bürosu Azərbaycan bankları tərəfindən təsis edildi”.
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026