ANAMA Hadrutda baza salır - Tender elan edildi

10:35 - 23.06.2025


23 iyun, Fineko/abc.az. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tender elan edib.

ABC.AZ xəbər verir ki, tenderdə Hadrut mobil bazasının salınması və mövcud bazaların genişləndirilməsi işləri nəzərdə tutulur.

Ehtimal olunan qiymət isə 2 557 984 manat təşkil edir.