11:21 - 5.06.2025
5 iyun, Fineko/abc.az. “Samsung” iki il ərzində aktiv olmayan hesabları siləcəyini açıqlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə “The Verge” yazıb.
Qeyd olunub ki, şirkət 4 iyun 2025-ci ildə istifadəçilərə xəbərdarlıq məktubu göndərib.
Məktubda deyilir ki, hesab silinərsə, onu və onunla əlaqəli bütün məlumatları bərpa etmək mümkün olmayacaq. Məlumata görə, köhnə hesablar 31 iyul 2025-ci il tarixindən etibarən silinəcək.
“Ailə” hesabları, “yığılmış bonusları” olan hesablar və “Samsung” veb-saytında alış-veriş etmək üçün istifadə edilən hesablar istisnadır.
“Samsung” bildirir ki, hesabınızı aktiv saxlamaq üçün hər iki ildən bir ona ən azı bir dəfə daxil olmalısınız.
18 Avqust 2026