Prezident Minifutbol Federasiyasına pul ayırdı - Sərəncam

14:59 - 4.06.2025


4 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə Dünya çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.