12:29 - 3.06.2025
3 iyun, Fineko/abc.az. Qazaxıstan özünün olduqca yüngün sinif daşıyıcı raketini hazırlamağı planlaşdırır.
ABC.AZ xəbər verir ki,, bu barədə Parlament Senatının deputatı Andrey Lukin bildirib. Yeni raket orbitə 500 kq-a qədər faydalı yük çıxara biləcək və istismarda qənaətcil olacaq.
Deputatın sözlərinə görə, layihə dünya tendensiyalarına — kiçik peyklərə və kubsatlara tələbatın artmasına uyğundur. Analoq olaraq, orbital buraxılışlar üçün, Amerikanın “Rocket Lab” şirkətinin aktiv istifadə olunan “Electron” raketi hesab olunur.