Rusiyanın Fitosanitar orqanı Ermənistandan məhsul idxalında pozuntulardan narahatdır

12:09 - 3.06.2025


3 iyun, Fineko/abc.az. Rusiyanın “Rosselxoznadzor” fitosanitar orqanı Ermənistandan Rusiyaya bitki məhsullarının tədarükündə pozuntuların artdığını bildirib.

ABC.AZ xəbər verir ki, 2025-ci ildə kəsilmiş çiçəklərin idxalında kəskin artım qeydə alınıb, Aİİ ölkələri üçün karantin obyekti olan Qərb çiçəkli tripslə 13 yoluxma hadisəsi aşkarlanıb.

Digər bitki məhsullarında da dəfələrlə karantin obyektləri aşkar edilib ki, bu da qurumun fikrincə, Ermənistan tərəfindən zəif ixrac nəzarətinin olduğunu göstərir.

Bununla əlaqədar “Rosselxoznadzor” erməni tərəfdaşlarına müraciət edərək, hərtərəfli tədbirlər görməyə və fitosanitar nəzarəti gücləndirməyə çağırıb.