10:14 - 3.06.2025
3 iyun, Fineko/abc.az. Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) 2024-cü ilin iyul-sentyabr ayları üzrə “E-Şikayət” sisteminə daxil olan müraciətlər əsasında hazırladığı hesabatda ən çox şikayət olunan internet provayderləri açıqlanıb.
ABC.AZ ən yüksək şikayət indeksi olan provayderləri təqdim edir:
1. Enginet MMC – 6.78
2. Selnet MMC – 3.4
3. GSP MMC – 2.89
4. Eurosel MMC – 2.27
5. Az-Evro Tel MMC – 2.07
Ortalama cavablandırma müddəti ən uzun olan provayderlər:
1. Azqtel MMC – 21 gün
2. Az-Evro Tel MMC – 16 gün
3. Uninet – 14 gün
4. Aztelekom MMC – 13 gün
5. Rahat Telekom – 10 gün
Qeyd edək ki, 2024-cü ilin dekabrın 1-nə olan məlumata görə, “E-Şikayət” sisteminə edilən müraciətlərin sayı 3700-ü ötüb.
Bu müraciətlərin 92,6%-i ilkin mərhələdə icra edilib, 5,7%-i icra mərhələsindədir, yalnız 1,7%-i isə vətəndaşların ilk icradan narazı qalması səbəbindən tənzimləyici qurumun araşdırmasındadır.
Müəllif: Elmir Murad