16:09 - 29.05.2025
29 may, Fineko/abc.az. Niderlandda Haribo şirkətinin konfetlərində kannabis maddəsi tapılıb.
ABC.AZ-ın verdiyi məlumata görə, Niderlandda bir neçə nəfər Happy Cola F!ZZ konfetlərini yedikdən sonra özlərini pis hiss edib və bunu polisə bildiriblər.
Niderlandın Qida Təhlükəsizliyi və İstehlak Məhsulları İdarəsinin nümayəndəsi bildirib ki, konfet nümunələri götürülüb və yoxlama zamanı içərisində kannabis aşkar olunub. Bunun ardından qurum dərhal Haribo ilə əlaqə saxlayıb.
Məlumata görə, söhbət 1 kq çəkidə və 2026-cı ilin yanvar ayına qədər istifadə müddəti olan konfet paketlərindən gedir.