Aşağı büdcəli aviaşirkətlər 2026-cı ildən etibarən ayaqüstü yerlər tətbiq edə bilər

15:38 - 27.05.2025


27 may, Fineko/abc.az. Aşağı büdcəli aviaşirkətlər 2026-cı ildən etibarən ayaqüstü yerlərin tətbiqini nəzərdən keçirirlər.

ABC.AZ xəbər verir ki, söhbət İtaliyanın Aviointeriors şirkətinin təqdim etdiyi və velosiped oturacağına bənzəyən Skyrider 2.0 modelindən gedir. Bu konstruksiya təyyarədə sərnişin sahəsini 20%-dək qənaət etməyə imkan verir, adi oturacaqlardan 50% daha yüngüldür və iki saata qədər davam edən qısa uçuşlar üçün nəzərdə tutulub.

Ryanair rəhbəri Maykl O'Lirinin sözlərinə görə, bu cür yerlər üçün biletlərin qiyməti £1–£5 təşkil edə bilər. Lakin hazırda aviasiya sektoru rahatlıq və təhlükəsizliklə bağlı şübhələr səbəbindən bu yeniliyə ehtiyatla yanaşır.