10:25 - 26.05.2025
26 may, Fineko/abc.az. Həftəsonu bank kartlarından 11 min manatdan çox pul talanıb.
DİN-in mətbuat xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır.
"Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 24-də və 25-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 4500, 2576, 1413, 698, 606, 574, 240, 239, 202, 150, 122, 100, 95, 90, 66, 57 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır",- deyə DİN-in yaydığı məlumatda qeyd olunub.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026