14:29 - 20.05.2025
20 may, Fineko/abc.az. Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib.
ABC.AZ xəbər verir ki, siyahıya 20 fiziki şəxs və 62 təşkilat əlavə edilib. Həmçinin London Rusiyanın elektron komponentlərin distribyutoru “MT-Systems” və “Surqutinvestneft” şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
Xüsusilə, məhdudiyyətlərə Britaniya Sankt-Peterburq Valyuta Birjası və Əmanətlərin Sığortalanması Agentliyi məruz qalıb. Bundan əlavə, Rusiya neftinin nəqli ilə əlaqəli olduğu iddia edilən 18 gəmi də sanksiyalara məruz qalıb.