17 milyon manata Şuşada yaşayış binaları tikiləcək

15:20 - 12.05.2025


12 may, Fineko/abc.az. “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs tender elan edib.

ABC.AZ xəbər verir ki, tenderdə Şuşa şəhəri, D-4 yaşayış massivində (1-ci mərhələ) tikintisi nəzərdə tutulan 4, 5, 6, 7, 8, 9 nömrəli yaşayış binalarının tikinti işləri nəzərdə tutulur.

Ehtimal olunan qiymət isə 17 286 741 manatdır.