10:28 - 8.05.2025
8 may, Fineko/abc.az. Ukrayna ABŞ dollarından əsas məzənnə əlaqəsi valyutası kimi imtina edib, avronu seçmək imkanını nəzərdən keçirir. Bu hipotetik ssenari bir neçə amillə izah olunur.
ABC.AZ xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının (UMB) sədri Andrey Pışnıy bəyan edib.
Onun sözlərinə görə, ölkənin potensial olaraq Avropa İttifaqına üzv olması, Aİ-nin Ukraynanın müdafiə qabiliyyətinin təminində rolunun artması, eləcə də “qlobal bazarlarda yüksək dəyişkənlik və ticarət əlaqələrinin parçalanması ehtimalı” UKM-na avronun dollar əvəzinə qrivna üçün əsas valyuta olub-olmamasını yenidən nəzərdən keçirməyə vadar edir.
Qərb mediasına verdiyi açıqlamada Pışnıy bu cür mümkün “əsas” valyuta dəyişikliyinə münasibət bildirərək qeyd edib: “Bu iş mürəkkəbdir və keyfiyyətli, hərtərəfli hazırlıq tələb edir”.