Buna görə BOKT-lər xarici mənbələrdən əlavə resurslar cəlb edə bilmir - Səbəb

15:25 - 2.05.2025


2 may, Fineko/abc.az. Törəmə maliyyə alətləri bazarının zəif inkişafı xarici valyutada cəlb edilmiş vəsaitlərin hedcinq imkanlarını məhdudlaşdırır ki, bu da öz növbəsində BOKT-lərin xarici mənbələrdən əlavə resursların cəlb edilməsinə mane olur və sektorun inkişafını ləngidir.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bank tərəfindən açıqladığı “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədində qeyd olunub.

Sözügedən sənəddə vurğulanıb ki, habelə, cəlb edilmiş vəsaitlərin hedcinq edilə bilməməsi makroiqtisadi şoklar zamanı sektorun dayanıqlığına mənfi təsir edir və bərpası prosesi uzun müddət çəkir.

Beynəlxalq təcrübədə belə hallarda mərkəzi banklar tərəfindən hedcinq mexanizminin yaradılması hallarına rast gəlinir.