Almaniyada illik inflyasiya apreldə 2,1%-ə düşüb

17:00 - 30.04.2025


30 aprel, Fineko/abc.az. Almaniyada illik inflyasiya apreldə 2,1%-ə enib. Bu, mart ayında qeydə alınan 2,2%-lik göstəricidən aşağıdır.

ABC.AZ xəbər verir ki, bu barədə Almaniyanın Federal Statistika İdarəsi məlumat yayıb. Reuters-in sorğusuna qatılan analitiklər də apreldə inflyasiyanın məhz 2,1% olacağını proqnozlaşdırmışdı.