Azərbaycanda ən çox sürülən Çin avtomobilləri - Siyahı

16:47 - 29.04.2025


29 aprel, Fineko/abc.az. 2025-cı ilin 1 yanvar tarixinə olan məlumata əsasən, Azərbaycanda Çin istehsalı olan minik avtomobillərinin sayı 18 314 ədədə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25% artım deməkdir.

ABC.AZ xəbər verir ki, lider mövqedə 4 864 avtomobil ilə Changan qərarlaşıb (artım: 55.7%). Onu Chery (2 853 ədəd, +11%) və Haval (2 097 ədəd, +33%) izləyir.

Ən sürətli böyüməni isə 87.3% artımla JAC markası nümayiş etdirib. Çindən Azərbaycana idxal edilən minik avtomobillərinin strukturu da dəyişib.

2024-cü ildə ölkəyə 19 404 ədəd Çin istehsalı avtomobil gətirilib, ümumi dəyəri isə 456,3 milyon dollar olub.

Ən böyük payı “plug-in” (xarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisna) hibrid benzin avtomobilləri (8 432 ədəd, 198,6 milyon dollar) təşkil edir.