Mərkəzi Bank investisiya şirkətinə xəbərdarlıq edib

14:52 - 29.04.2025


29 aprel, Fineko/abc.az. Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) “CFI Financial İnvestisiya Şirkəti” QSC-yə xəbərdarlıq edib.

Bu barədə ABC.AZ Mərkəzi Banka istinadla xəbər verir.

Qeyd olunur ki, AMB tərəfindən aparılmış tematik yoxlama çərçivəsində “CFI Financial İnvestisiya Şirkəti” QSC tərəfindən “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə əməl edilmədiyinə görə İnvestisiya şirkətinə xəbərdarlıq edilmiş və pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verilmişdir.