12:18 - 29.04.2025
29 aprel, Fineko/abc.az. Milli Depozit Mərkəzi (MDM) yeni bank modulu tətbiq edəcək.
ABC.AZ xəbər verir ki, bunu MDM-in Strategiya şöbəsinin rəhbəri Əli Əliyev media nümayəndələri ilə görüşdə deyib.
O əlavə edib ki, MDM hesablaşma agenti kimi də fəaliyyət göstərməyi planlaşdırır.
Şöbə müdiri bildirib ki, MDM-in "2024-2026-cı illər üzrə İnkişaf Strategiyası"nda nəzərdə tutulan 6 hədəfdən ikisi ötən il icra edilib.
İcra olunan hədəfləri sadalayan MDM rəsmisi xidmətlərin adlarını da açıqlayıb:
"Bunlar konsultasiya və elektron səsvermə (E-vote) xidmətləridir. MDM həmçinin hesablaşma agenti funksiyasını tətbiq etməyi planlaşdırır.
Hazırda kapital bazarında banklar hesablaşma agenti kimi fəaliyyət göstərir. Strategiyaya əsasən yeni bank modulunun tətbiq edilməsi və hesablaşma agenti funksiyasını MDM-in icra etməsi planlaşdırılır. Digər fəaliyyət istiqaməti olan maliyyə xidmətləri də bu yeni bank modulunda əks olunacaq", - deyə o qeyd edib.
Müəllif: Elmir Murad
18 Avqust 2026