Azərbaycanda öhdəlikləri 1 milyard manatdan çox olan banklar – Siyahı

12:11 - 22.04.2025


22 aprel, Fineko/abc.az. Azərbaycanda bu ilin 1-ci rübü üzrə öhdəliklərin həcmi ən çox olan bankların adları məlum olub.

ABC.AZ xəbər verir ki, öhdəliklərin həcmi üzrə renkinqə görə ən böyük öhdəliklərə təqribən 12,2 milyard manat göstərici ilə ABB başçılıq edir.

ABB-dən sonra lider banklardan olan "Kapital Bank" 11,4 milyard manat göstərici ilə ikinci pillədə yer alır.

7,3 milyard manat göstəici ilə "Paşa Bank" 3-cü, 2,5 milyard manat göstərici ilə "Xalq Bank" 4-cü, 2 milyard manat göstərici ilə "Bank Respulika" 5-ci pillədə qərarlaşıb.

Digər 5 bankın öhdəliklərin həcmi 1-1,6 milyard manat arasındadır. Həmin bankların öhdəliklərin həcmi üzrə sıralaması isə belədir:

"Azər-Türk Bank"- 1,8 milyard manat,  "Unibank" 1,6 milyard manat, "Yelo Bank" - 1,11 milyard manat, "Rabitəbank" - 1,07 milyard manat, "AccessBank"-1,06 milyard manat.

Öhdəlikləri ən az olan banklar isə Melli İran Bankının Azərbaycan filialı (69,5milyon manat) və "Bank Avrasiya"(109,9 milyon manat) olub.