Klaus Şvab Dünya İqtisadi Forumunun sədri vəzifəsini tərk etdi

15:47 - 21.04.2025


21 aprel, Fineko/abc.az. Dünya İqtisadi Forumunun Qəyyumlar Şurasının sədri Klaus Şvab tutduğu vəzifədən "dərhal getdiyini" elan edib.

ABC.AZ xəbər verir ki, Qəyyumlar Şurasına müraciətində təşkilatın 87 yaşlı qurucusu qeyd edib: “Son açıqlamamdan sonra və həyatımın 88-ci ilinə qədəm qoyduğum üçün qərarın dərhal qüvvəyə minməsi ilə Qəyyumlar Şurasının sədri və üzvü vəzifəsindən istefa etmək qərarına gəldim”.

Qəyyumlar Şurasının 20 aprel 2025-ci il tarixli fövqəladə iclasında Klaus Şvabın istefası qəbul edilib. DİF-in qaydalarına və normative müddəalarına uyğun olaraq Şura yekdilliklə sədr müavini Peter Brabek-Letmate-ni müvəqqəti sədr təyin edb. Təşkilatın gələcək rəhbərini seçmək üçün axtarış Komitəsi də yaradılıb.