“MİDA” MMC Yevlaxda 5.3 milyon manata binalar tikəcək

10:13 - 18.04.2025


18 aprel, Fineko/abc.az. “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti “Enerji Qrup” MMC ilə 5.3 milyon manatlıq müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, müqavilədə Yevlax şəhəri,R.Budaqov küçəsi 1 ünvanında 1,9 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması nəzərdə tutulur.

Dövlət qurumu auditor axtarır

Müqavilənin ümumi məbləği isə 5 318 197 manatdır.