ABŞ İran neftini daşıyan şirkətlərə qarşı sanksiyalar tətbiq edib

12:01 - 17.04.2025


17 aprel, Fineko/abc.az. ABŞ Çin, Malayziya və Taylanddan olan yük gəmilərinin sahiblərinə qarşı sanksiyalar tətbiq edib.

ABC.AZ xəbər verir ki, onlar İran neftinin daşınmasında iştirak edirlər.

Siyahıya ümumilikdə yeddi şirkət daxil olub. Onların arasında Hong Kong, Panama və Marşall adaları Respublikasının nümayəndələri də qeyd olunur.

Sanksiya siyahısında neft daşıyan beş gəmi də var idi.

ABŞ Vaşinqton və İran arasında aprelin 19-da keçiriləcək məsləhətləşmələrin ikinci turundan əvvəl sənədi imzalayıb.