Buna görə qızıl bahalaşdı

11:06 - 17.04.2025


17 aprel, Fineko/abc.az. Qızıl bahalaşaraq yeni rekord qırıb.

ABC.AZ xəbər verir ki, bahalaşmaya səbəb kimi, FED sədri Cerom Pouelin ticarət müharibəsinin təsiri barədə ictimaiyyətə xəbərdarlıq etməsi göstərilir.

Belə ki, sözügedən xəbərdarlıqdan sonra qızılın qiyməti 0,4% artaraq bir unsiya üçün 3 min 357 dollara çatıb.

Ümumilikdə qızıl bu il təqribən 28% artaraq 2024-cü ildəki 27%-lik qazancını geridə qoyub.

Müəllif: Elmir Murad