Bələdiyyələrin gəlirləri artıb, ya azalıb?

15:05 - 16.04.2025


16 aprel, Fineko/abc.az. Bələdiyyə gəlirlərinin artırılması üzrə müsbət nəticələr əldə olunub

ABC.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə bələdiyyə orqanının büdcəsinin icrası barədə məlumatına əsasən, ölkə üzrə bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə təxminən 7.9 milyon manat (14.4%) artaraq ilk dəfə 63 milyon manata yaxın olub.

2024-cü il üzrə yerli büdcələrə vergilərdən daxilolmalar əvvəlki illə müqayisədə 4.6 milyon manat (20.2%) çoxdur.