10:29 - 16.04.2025
16 aprel, Fineko/abc.az. “Bakı Əyrici Toxucu” ASC 2024-cü ili 713 min manat mənfəətlə başa vurub. 2023-cü ildə şirkət 1 milyon 158 min manat mənfəət əldə edib ki, bu da illik müqayisədə mənfəətin 38% azalması deməkdir.
ABC.AZ ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Bakı Əyrici Toxucu”nun ümumi gəlirləri 8 milyon 654 min manat (əvvəlki ilə nisbətən 23% az) , cəmi əməliyyat xərcləri 7 milyon 605 min manat, mənfəət vergisi üzrə ödəmələri 242 min manat təşkil edib. 2023-cü ildə “Bakı Əyrici Toxucu” ASC-nin satışdan gəlirləri 11 milyon 260 min manat, cari əməliyyat xərcləri isə 9 milyon 712 min manat olub.
31 dekabr 2024-cü il tarixinə “Bakı Əyrici Toxucu” ASC-nin cəmi aktivləri 2% azalaraq 3 milyon 892 min manat, cəmi öhdəlikləri 25.5% azalaraq 1 milyon 180 min manat, cəmi kapitalı isə 13.3% artaraq 2 milyon 712 min manat olub.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026