14:16 - 14.09.2018
14 sentyabr, Fineko/abc.az. Qəbulda İmişli, Füzuli, Beyləqan, Zərdab, Bərdə, Tərtər, Ağcabədi, Ağdam rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər. Qəbul sentyabr ayının 21-də, saat 11:00-da İmişli rayon H.Əliyev Mərkəzində (ünvan: İmişli rayonu, 20 Yanvar küçəsi, 2) keçiriləcəkdir. Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Şirvan Regional Bölməsinə müraciət etmələri xahiş olunur (Ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə pr., 19. Əlaqə tel.: (02121) 5-15-23).
Bundan əlavə, 14-20 sentyabr 2018-ci il tarixlərində (şənbə, bazar günləri istisna olmaqla) yuxarıda qeyd olunan rayonların Təhsil Şöbələrində saat 10:00-dan 17:00-dək qəbula yazılmaq üçün qeydiyyat aparılacaq.
Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
16 Sentyabr 2026
15 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026