15:13 - 9.04.2025
9 aprel, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 5,7 %, illik inflyasiyanı isə 5,2 % səviyyəsində proqnozlaşdırır.
ABC.AZ xəbər verir ki, IMF-yə istinadən xəbər verir ki, Fondun proqnozuna əsasən, 2026-cı ildə orta illik inflyasiya 4,5%, 2027-2029-cu illərdə isə 4% təşkil edəcək.
Bundan başqa, 2026-2029-cu illər ərzində illik inflyasiyanın hər il 4 % səviyyəsində olacağı gözlənilir.
Azərbaycan İqtisadiyyat Nazirliyinin qiymətləndirməsinə görə, ölkədə orta illik inflyasiya 2025-ci ildə 4,6%, 2026-cı ildə isə 4%-ə düşəcək. Azərbaycan Mərkəzi Bankı cari ilin yanvarında 2025-ci ildə inflyasiyanı 5,5%, 2026-cı ildə isə 3,8% səviyyəsində proqnozlaşdırıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanda inflyasiyanın 2025-ci ildə 3,6%, 2026-cı ildə isə 3,1% təşkil edəcəyini gözləyir. Dünya Bankı ölkədə orta illik inflyasiyanı hər iki il üçün 2,3 % səviyyəsində qiymətləndirir.
Beynəlxalq reytinq agentlikləri də mülayim proqnozlar verir: “S&P Global” 2025-ci ildə 4%, 2026-cı ildə isə 3% gözləyir, oxşar proqnozu “Moody's” agentliyi də dərc edib.
Azərbaycanda 2024-cü ildə orta illik inflyasiya 2,2% təşkil edib, 2025-ci ilin yanvar-fevral aylarında isə 5,4%-ə yüksəlib.
18 Avqust 2026